AZ

"VMR Medical Center" lisensiyasız fəaliyyət göstərməkdə ittiham edilir

"VMR Medical Center" MMC cərimələnə bilər.

Valyuta.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

210.1-ci maddəyə görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
22
valyuta.az

1Mənbələr