Almaniya kansleri Olaf Şolts bir sıra həmkarlarının tənqidinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı qərarının düzgün olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu” (Böyük iyirmilik) sammiti çərçivəsində keçirilən mətbuat konfransında danışıb.
Almaniya kansleri qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin mövqeyində heç nə dəyişməyib.
Xatırladaq ki, noyabrın 15-də Şolts Putinlə danışıqlar aparıb. Almaniya tərəfi dialoqa təşəbbüs göstərib. Söhbət zamanı o, Ukraynada sülh yolu ilə nizamlanmaya başlamağın zəruriliyini qeyd edib.
Türkan İSGƏNDƏRLİ