AZ

7 oktyabr 2023-cü ildən bəri Livanda 136 səhiyyə müəssisəsi hücuma məruz qalıb -ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Livanın paytaxtı Beyrutun sıx məskunlaşdığı ərazilərə qarşı hava hücumlarının davam etdiyini və 7 oktyabr 2023-cü ildən bu yana Livanda 136 səhiyyə müəssisəsinə hücum edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.

Bölgədəki həmkarlarından aldığı məlumata istinad edən Dujarrik, Livanda mülki şəxslərin, humanitar yardım işçilərinin və səhiyyə işçilərinin intensiv hücumlardan təsirlənməyə davam etdiyini bildirib.

Düjarrik Beyrutun sıx məskunlaşdığı ərazilərə hava hücumlarının davam etdiyini və dünən Beyrutun mərkəzinə edilən hava hücumu nəticəsində çoxlu sayda insanın didərgin düşdüyünü bildirib.

Düjarrik ÜST-dən aldığı məlumatlara istinad edərək, Livanda səhiyyə sektorunun da ciddi şəkildə təsirləndiyini və 7 oktyabr 2023-cü ildən Livanda 136 səhiyyə müəssisəsinin hücuma məruz qaldığını bildirib.

Seymur BƏNNAYEV 

Seçilən
25
redaktor.az

1Mənbələr