AZ

Borrell: “Aİ Rusiyada Qərb silahlarının istifadəsi ilə bağlı qadağanı LƏĞV ETMƏYİB”

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiya Federasiyası ərazisində Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı ümumi qərar qəbul etməyiblər.

Bizim.Media xəbər verir ki, bunu Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.
 

O qeyd edib ki, qadağalarla bağlı hər bir ölkə özü qərar verir.


Borrell həmçinin əlavə edib ki, Baydenin niyə yalnız prezident seçkilərində məğlub olduqdan sonra Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verdiyini başa düşmür.

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr