AZ

Ərdoğan: Qəzzada dərhal atəşkəs elan olunsun!

Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verən hadisələrə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğan Braziliyada keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində “Sosial aclıq və yoxsulluqla mübarizə” sessiyasında çıxış edib.

Hər 10 nəfərdən birinin aclıqla mübarizə apardığı dünyada 9 il əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən “2030 Dayanıqlı İnkişaf Məqsədləri”nə çatmaq üçün göstərilən səylərin hələ də gözlənilən nəticəni vermədiyini bildirən Ərdoğan, Türkiyənin dünyanın hər yerində ehtiyacı olan hər kəsə öz imkanı daxilində kömək etməyi özünə borc hesab edən bir ölkə olduğunu xatırladıb.

“Qonşu ac ikən tox yatmamaq” şüarını mənimsəyən millətin 2015-ci ildən bəri milli gəlirinin təxminən 1 faizini humanitar yardıma ayıraraq “dünyanın ən vətənpərvər ölkələri” arasında yer aldığını ifadə edən, Braziliya Prezidentliyinin "Qlobal Aclıq və Yoxsulluğa Qarşı" olduğunu söyləyən Ərdoğan, "müttəfiqlik" səfərbərliyini yalnız strateji bir təşəbbüs deyil, həm də mənəvi bir məsuliyyət olaraq gördüklərini ifadə etdi.

Ərdoğan bu gün bu qlobal ittifaqı qurarkən, həmçinin Yaxın Şərq, Afrika və Asiyada başda Qəzzada yaşanan qarşıdurmalarda həyatları alt-üst olmuş mülki insanların taleyi ilə baş başa qalmaması lazım olduğunu vurğulayıb və deyib:

"Xüsusilə Qəzzada aclıq riski beynəlxalq təsnifatlara görə "fəlakətli" səviyyəyə çatıb. Qəzza əhalisinin 96 faizi, başqa sözlə, 2 milyondan çox insan sağlam qida və suya çata bilmir. Hücumlar və artan hücumlarla qış fəsli yaxınlaşan Qəzza əhalisinin vəziyyəti günü-gündən pisləşir. Türkiyə olaraq bölgəyə 86 min tondan çox yardım etdik, Livana etdiyimiz yardım isə 1300 tonu keçdi. Qəzzada insani fəlakət yaşanır, mən atəşkəsə çağırıram”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr