AZ

Bu meyvədə gizli spirt var: 5 ədədi kiçik bir pivəyə bərabərdir

Banan gündəlik həyatda tez-tez istifadə etdiyimiz sağlam bir meyvə olsa da, tərkibində spirt olmağı ilə təəccübləndirib. 

News24.az xəbər verir ki, qidada spirtin olmasının müxtəlif səbəbləri var. 

Bunlardan biri təbii fermentasiya prosesidir. Xüsusilə, meyvə və ya meyvə şirələri təbii olaraq fermentləşə və spirt istehsal edə bilər. Bu proses mikroorqanizmlərin şəkərləri spirtə çevirməsi ilə başlayır və xüsusilə mayalanmamış, artıq yetişmiş meyvələrdə özünü göstərə bilər.

Spectrum Science-a görə, 5 yetişmiş, orta ölçülü bananda kiçik bir pivə qədər spirt ola bilər. Ümumiyyətlə, bu kiçik miqdarda spirt əksər böyüklər üçün təhlükəsizdir. Ancaq spirtli içkilərdən qaçan şəxslər, xüsusən də dini və ya sağlamlıq səbəbiylə spirtli içki qəbul etmək istəməyənlər üçün problemdir.

Gizli spirtdən qaçmağın ən təsirli yolu məhsulların tərkib hissələrinin siyahısını diqqətlə araşdırmaqdır. Bununla belə, spirt bəzi məhsullara ətirli və ya əlavə kimi əlavə oluna bildiyi üçün bu tərkib siyahıya daxil edilməyə bilər.

Digər tərəfdən, hazır tortlar, marsipan və ya süd rulonları kimi bəzi qənnadı məmulatlarının tərkibində də az miqdarda spirt olur. Xüsusilə uşaqlar üçün təhlükəli ola bilər. Təbii ki, bu, onları sərxoş etməyəcək, lakin zaman keçdikcə həmin məhsullara olan aludəliyini artıra bilər.

Məryəm İlhamqızı

Seçilən
49
7
news24.az

8Mənbələr