AZ

Tokayev Serbiyaya gedib



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Serbiyaya rəsmi səfərə gedib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Belqrad hava limanında Kasım-Jomart Tokayevi Serbiya Prezidenti Aleksandr Vuçiç qarşılayıb.

Qazaxıstan prezidentinin təyyarəsini bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Serbiya səmasında müşayət edib.

Qeyd edək ki, səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Dövlət başçıları iki ölkənin siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə qarşılıqlı əməkdaşlığının perspektivlərini müzakirə edəcəklər.

Danışıqlar nəticəsində ikitərəfli sazişlər imzalanacaq.

Anar Əliyev
Seçilən
39
newscenter.az

1Mənbələr