AZ

İtaliya da Ukraynaya raket icazəsi verir?

İtaliya

Kiyevin silahlardan istifadəsinə dair mövqeyimiz dəyişmir, onlar yalnız Ukrayna ərazisində istifadə oluna bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.

Tajani həmçinin ruslar, çinlilər, hindlilər və braziliyalıların iştirakı ilə sülh konfransının keçirilməsi üçün çıxış edib:

“Ümid edirəm ki, Pekin Moskvaya bu mənasız müharibənin dayandırılmalı olduğunu başa düşməkdə müsbət rol oynaya bilər. Təbii ki, Şimali Koreya əsgərlərinin orada olması yaxşı hal deyil”.

Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.

Seçilən
21
2
xalqcebhesi.az

3Mənbələr