AZ

Ulduz futbolçu ''Qalatasaray''dan ayrılmaq istəyir

Qabriel Saranın transferindən sonra arxa plana keçən və əsas heyətdəki yerini itirən Kərəm Dəmirbay ''Qalatasaray''dan ayrılmaq niyyətindədi.

Təcrübəli futbolçu ehtiyatda qalmaq istəmir və daha çox oynamaq şansı yaxalayacağı bir kluba keçmək arzusundadı. Dəmirbay artıq bu niyyətini baş məşqçi Okan Buruk və rəhbərliyə də bildirib. O rəhbərlikdən özü üçün gələcək təkliflərdən birinin dəyərləndirilməsini xaiş edib. Almaniyada doğulan və daha öncə ''Hamburq'', ''Kayzerslautern'', ''Fortuna'', ''Hoffenhaym'', ''Bayer-04''ün şərəfini qoruyan 31 yaşlı yarımmüdafiəçi yenidən bundesliqaya qayıtmaq arzusundadı.

''Qalatasaray''a 2023-ün yayında gələn və klubla 2026-ya qədər müqaviləsi olan Dəmirbay indiyə qədər 57 rəsmi oyunda aktivinə 7 qol, 9 məhsuldar ötürmə yazıb. Kərəm bu mövsüm iştirak etdiyi 15 oyunun cəmi 3-də start heyətində meydana çıxıb.

ƏLİ

Seçilən
34
football-plus.az

1Mənbələr