Moskva şəhərinin Saxarov prospektində bir şəxs üzərində "Putin, sən haradasan, it oğlu! Mənim yerimi azad et!" yazısı olan reklam lövhəsinin üzərinə çıxıb.
Reyting.az bildirir ki, Rusiya paytaxtında ilk dəfə baş verən belə qəribə etiraz aksiyası ilə bağlı "Diqqət, Xəbər" teleqram kanalı məlumat yayıb.
Şahidlərin dediyinə görə, təcili olaraq çağırışa yollanan təhlükəsizlik qüvvələri aksiyanın keçirildiyi əraziyə gələndə çaşıblar. Hətta hüquq-mühafizə orqanlarının əməkdaşları da "adamla nə edəcəklərini bilməyiblər".
Bir müddət sonra fəal saxlanılıb və Putin haqqında şüar yazılmış plakatın götürülməsi üçün əraziyə xüsusi texnika cəlb olunub.