AZ

"General Motors" ABŞ-da işçilərini ixtisar etməyə başlayır

"General Motors" bütün dünyada mindən çox əməkdaşını, o cümlədən Miçiqan ştatının Uorren şəhərindəki əsas mühəndislik mərkəzində 507 işçini ixtisar edəcək.

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"Avtomobil istehsalçısı gələn il elektrikli nəqliyyat vasitələrinin itkilərini 2-4 milyard dollar azaltmaq niyyətindədir. Dövlət sənədləri göstərir ki, ixtisarlar GM-in Miçiqan ştatının Uorren şəhərindəki texniki mərkəzindəki 507 işçini əhatə edəcək", deyə agentlik qeyd edib.

GM yüksək dəyərli elektrik nəqliyyat vasitələrinin inkişafı və proqram təminatı sahəsində lider olmağı hədəfləyir. Konsernin özü ixtisarla bağlı məlumatı təsdiqləsə də, işsiz qalacaq işçilərin dəqiq sayını açıqlamayıb.

"Bu rəqabətli bazarda qalib gəlmək üçün biz sürət və mükəmməllik üçün optimallaşdırmalıyıq. Bu davamlı səylərin bir hissəsi olaraq, biz az sayda komanda ixtisarı etdik", deyə agentlik GM-dən sitat gətirib.

GM Uorren Texniki Mərkəzi 1956-cı ildə açılıb. Bu, Amerika avtomobil nəhənginin əsas dizayn bölməsidir.

Bundan əvvək bildirilib ki, "General Motors" (GM) dünya üzrə təxminən 1000 işçini, əsasən ofis əməkdaşlarını ixtisar edib. Bu addım, şirkətin qlobal avtomobil bazarındakı rəqabət gücünü artırmaq məqsədilə xərcləri azaltmaq strategiyasının bir hissəsidir.  

İşçilər ixtisar qərarı barədə cümə günü səhər məlumatlandırılıblar. Şirkət ixtisarları təsdiq etsə də, proseslə bağlı əlavə təfərrüatlar açıqlamayıb.  

Paşa Məmmədli

Seçilən
26
valyuta.az

1Mənbələr