AZ

Netanyahu İranın nüvə proqramı obyektinə hücum barədə məlumat verib » AzadMedia.az


İsrailin İrana son hücumu zamanı İranın nüvə proqramının “müəyyən komponentinə” zərbə endirilib. RİA Novosti xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, nüvə silahının mövcudluğu şəraitində İran təkcə İsrailin mövcudluğuna deyil, həm də İsrailin qonşu dövlətləri ilə mümkün sülh münasibətlərinin qurulmasına “nəhəng təhlükə” yaradır.

“Bu, sirr deyil, biz bu haqda bilirik. Hücum zamanı vurulan nüvə proqramının müəyyən komponenti var”, - Netanyahu əlavə edib.
Eyni zamanda o, hansı obyektdən danışdığını dəqiqləşdirməyib.
Xatırladırıq ki, oktyabrın 26-da İsrail İran ərazisindəki hədəflərə kütləvi hücum həyata keçirib. Təl-Əviv hücumu oktyabrın 1-də Tehranın hücumuna cavab adlandırıb. İran cavab vəd edib.
Seçilən
36
1
azadmedia.az

2Mənbələr