AZ

Starlink peykləri daha çox UFO-larla qarışdırılır...

...Starlink İnternet layihəsinin peykləri daha tez-tez naməlum uçan obyektlərlə (UFO) səhv edilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “ArsTechnica” məlumat yayıb.

Media jurnalistləri Pentaqonun 2022-ci ildə yaratdığı Anomaliyaların Həlli Ofisinin (AARO) hesabatına istinad edib.

Bundan belə nəticə çıxır ki, SpaceX-in Starlink peykləri getdikcə daha çox vətəndaşların onları UFO-larla qarışdıran hesabatlarına səbəb olur.

..."AARO getdikcə daha çox Starlink peyk avadanlığı ilə bağlı insidentlərlə qarşılaşır" deyə hesabat müəllifləri qeyd ediblər. Nümunə olaraq, mülki aviaşirkətin pilotunun səmada ağ yanıb-sönən işıqlar haqqında məlumat verdiyi bir vəziyyəti göstərdilər. Mesaj SpaceX-in başqa bir peyk qrupunu kosmosa göndərdiyi vaxtda ortaya çıxıb.

AARO-nun direktoru Con Kosloskinin sözlərinə görə, növbəti SpaceX buraxılışından dərhal sonra Starlink peykləri qruplaşdırılır, daha çox günəş işığını əks etdirir və Yerdən aydın görünür. Sonra daha yüksəklərə qalxır və gözdən itirlər.

Kosloski qeyd edib ki, zaman keçdikcə internet layihə peyklərinin buraxılması adi hala çevriləcək və insanlar UFO haqqında daha az məlumat verməyə başlayacaqlar.

AARO hesabatında deyilir ki, 2023-cü ilin ortalarından 2024-cü ilin ortalarına qədər 757 UFO müşahidə edilib. Hadisələrin yarıdan çoxunda naməlum obyektlərin meydana çıxma səbəbi açıqlanmayıb.

AARO-nun effektivliyi layihə üçün daha çox maliyyə vəsaiti ilə artacaq

Bunu rəsmilər bildiriblər.

Yeri gəlmişkən, noyabrın 10-da Moskva-Soçi reysinin pilotları səmada 20-yə yaxın UNO-nu müşahidə ediblər. Ekspertlərin fikrincə, işıq saçan obyektlər Starlink peykləri də ola bilərmiş?..

Nazlı Almuradova

Seçilən
27
sia.az

1Mənbələr