AZ

Kral Çarlzın iqamətgahına basqın: Nələr oğurlandı?

Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq “İsuzu” markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 13-də Vindzor qəsrində baş verib, lakin polis quldurluğu bazar günü, noyabrın 17-də təsdiqləyib. Naməlum maskalı basqınçılar iqamətgahın iki metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər.

Nəşrin mənbəsinin bildirdiyinə görə, onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.

“Onlar çox güman ki, oğurluqdan əvvəl avtomobillərin harada saxlandığını bilirdilər. Necə və nə vaxt gizlənməyin daha yaxşı olduğunu da bilirdilər. Cinayətkarlar yəqin ki, bir müddətdir ki, Vindzor qəsrini izləyirdilər”, - deyə bir insayder "The Sun"a bildirib.

Bundan başqa, məlum olub ki, basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda kurortda olub.

Cinayətkarlar hələ də tutulmayıb, araşdırma aparılır. “The Sun" qeyd edib ki, oktyabr ayından kral iqamətgahının ərazisi hərbçilər tərəfindən qorunur. Noyabrın 17-də silahlı mühafizəçilər çıxarılıb.

Seçilən
28
4
axar.az

7Mənbələr