“Hizbullah” Təl-Əviv yaxınlığına raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Təcili yardım xidməti zərərçəkənlərdən birinin, 54 yaşlı qadının vəziyyətinin ağır olduğunu bildirib. Daha bir nəfərin vəziyyəti orta ağır, üç nəfər isə yüngül xəsarət alıb.
İsrail Müdafiə Qüvvələri Livandan atılan raketin hava hücumundan müdafiə vasitələri tərəfindən tutulduğunu bildirib. Bununla belə, qalıqlar Tel-Əvivin iki şəhərətrafı ərazisinə - Ramat Qan və Bney Brakın sərhədinə düşüb.
İsrailin N12 telekanalının məlumatına görə, Ramat Qanda qəlpələrin elektrik xəttinə dəyməsindən sonra yanğın başlayıb.