AZ

Kişi həyat yoldaşının keçmiş ərinə pul ödəyir: Özünü günahkar hiss edir

Kişi deyir ki, 5 il əvvəl xəyallarındakı qadınla tanış olub. Həmin vaxt qadın 33, özü isə 27 yaşında olub. Onların münasibətləri bir anda başlayıb, bir müddət sonra adam qadının başqa kişi ilə evli olduğunu, ondan iki övladı olduğunu öyrənib. Üç illik münasibətdən sonra qadın ərindən boşanmaq qərarına gəlib, uşaqların qəyyumluğundan imtina edib. Boşandıqdan sonra hekayənin qəhrəmanı ilə evlənib.

 

Sfera.az hadisənin təfərrüatlarını təqdim edir. 

 

Hekayənin qəhrəmanı iki uşağı olan evli bir qadınla üç illik münasibətdə olub, bunun üçün ailəsini tərk edən qadın onunla evlənib. Ancaq bu davranış kişini keçmiş ərə qarşı günahkar hiss etdirib. 

 

Kişi arvadının laqeydliyi ucbatından günahkarlıq hissi ilə mübarizə aparır. İndi o, qadının keçmiş həyat yoldaşı və uşaqların atasına pul ödəyir. O, özü bu barədə “Mirror” nəşrinin “Ekspertə sual” rubrikasında danışıb.

 

"Birlikdə çox xoşbəxtik və mən maddi cəhətdən uğurlu oldum. Həyat yoldaşım işləmək məcburiyyətində deyil və günlərini tennis dərsləri alaraq, dostları ilə nahar etməklə və ya istədiyi hər şeyi etməklə keçirir"- deyə o, etiraf edir.

 

Ancaq yeni evliliyin iki ili ərzində arvad bir dəfə də olsun uşaqları haqqında düşünməyib. Üstəlik, onları ad günlərində təbrik etmir, Miladda onlara hədiyyə də vermir. Hekayə qəhrəmanı deyir ki, bu vəziyyət onu utandırıb. Buna görə də, o, həyat yoldaşına demədən, iki uşağını dolandırmaq üçün keçmiş ərə gizli şəkildə maddi kömək etmək qərarına gəlib.

 

"O, məndən daha az imkana sahibdir, amma layiqli bir insan və sevən atadır. Ona kömək etmək maddi yük deyil və bu, xoşbəxt bir ailənin dağılmasına görə günahımı yüngülləşdirməyə kömək edir"-deyə hekayənin qəhrəmanı bildirir.

 

Kişi oxucuların məktublarına cavab verən media mütəxəssisi Kollin Nolandan bu vəziyyətdə nə etməli olduğunu soruşub. Mütəxəssis dərhal bu hekayədə fərqinə vardığı əsas problemi qeyd edib.

 

"Evliliyi tərk edib qəyyumluqdan imtina etmək bir şeydir, amma bütün valideynlik məsuliyyətlərindən imtina edib övladlarınızı görməmək, onlara zəng etməmək, onlar haqqında danışmamaq və kədərlənməmək başqa şeydir. Əgər onunla bu qədər soyuq davrana bilirsə, o, hər kəsi, o cümlədən sizi də bir anda həyatından çıxara bilər”- deyə Nolan xanım təkidlə bildirir.

 

"Hesab edirəm ki, onun keçmişi və uşaqları ilə düzəliş etmək və körpülər qurmaq sizin üçün vacibdir. Ona izah edin ki, onu sevdiyiniz və onunla xoşbəxt evli olsanız da, ona görə tərk edilməyin nə olduğunu başa düşürsünüz. Dürüst insansınız, onun uşaqlarına qarşı bunu etdiyinə görə özünüzü günahkar hiss edirsiniz və onlara kömək etmək istəyirsiniz"-deyə ekspert bildirir və əlavə edir ki, bu cür qadınla münasibətdə qalmaq barədə ciddi düşünmək lazımdır.

 

Aysel

Seçilən
30
1
sfera.az

2Mənbələr