AZ

Aİ Gürcüstana siyasi missiya GÖNDƏRƏCƏK

Avropa İttifaqı (Aİ) parlament seçkilərindən sonra ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstana siyasi missiya göndərməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrell 27 icma ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Borrell əlavə edib ki, Aİ ölkələrinin XİN başçıları Gürcüstan hakimiyyətinə təxminən 120 milyon avro yardım göndərmək barədə razılığa gəliblər. Bu vəsaitin vətəndaş cəmiyyətinin dəstəklənməsinə sərf ediləcəyi gözlənilir.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb və aksiyada özü də iştirak edib.

Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr