AZ

"Tehran Donald Trampa ciddi xəbərdarlıq edib" - "Financial Times"

"Əgər Tramp İranla bağlı yenidən sərt mövqe sərgiləyərsə, maksimal təzyiq maksimal müqavimətlə üzləşəcək..."
 
İran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası ilə danışıqlara açıqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançı "Financial Times" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu zaman İran xəbərdarlıq edib ki, Vaşinqtonun İran İslam Respublikasına təzyiq göstərmək üçün istənilən cəhdi iflasa uğrayacaq", Rəvançı bəyan edib.
 
"Danışıqlara gəldikdə, biz ABŞ-ın xarici siyasətini izləməli və buna necə cavab verməyə qərar verməliyik", - Taxt-Rəvançı qeyd edib.  
 
O, xatırladıb ki, Trampın əvvəlki prezidentlik müddətində Birləşmiş Ştatlar birtərəfli İranın 2015-ci ildə dünya liderləri ilə bağladığı nüvə sövdələşməsindən çıxıb və yenidən İran iqtisadiyyatına ciddi zərbə vuran sanksiyalar tətbiq edib.
 
"Biz danışlara tərəfdarıq və bunu bu sövdələşmə ilə sübut etmişik. Lakin bu danışıqları öncədən kim sabotaj edib? Bu, danışıqları aparmaq istəməyən Tramp administrasiyası olub", - diplomat qeyd edib.
 
Nəşrin "Trampın İranla bağlı planlarından xəbərdar olan" mənbələri məlumat verib ki, o və administrasiyasının üzvləri
danışıqlara getmək üçün "İranı müflisləşdirməyə" cəhd edir.
 
Yaxın Şərqdə davam edən böhran fonunda Tramp yenidən İran üçün möhkəm valyuta mənbəyi olan İran neftinin ixracını sıfra endirməyə cəhd edəcək,  məqalədə deyilir. 
 
Taxt-Rəvançı Trampın ikinci prezidentliyi dönəmində neft sanksiyalarının sərtləşdiriləcəyi barədə məlumatı şərh edib: 
 
"Əgər onun administrasiyası
neft bazarında yenudən maksimal təzyiq siyasətinə qərar verəcəksə, mütləq iflasa uğrayacaq. Bugünkü dünyada heç bir ölkə bütöv beynəlxalq birliyə öz şərtlərini diktə edə bilməz".
 
"Biz Trampın eyni səhvini təkrar etməyəcəyinə ümid edirik, çünki nəticə də eyni olacaq", - məmur vurğulayıb və xəbərdarlıq edib ki, əgər Tramp İranla bağlı yenidən sərt mövqe sərgiləyərsə, "maksimal təzyiq maksimal müqavimətlə üzləşəcək".
Seçilən
29
moderator.az

1Mənbələr