Yeddi aya yaxındır Heydər Əliyev adına İmişli şəhər stadionunda aparılan təmir işləri demək olar başa çatıb.
Təbii ot örtüyü yenilənb, həmçinin digər kosmetik işlər görülüb.
Aran təmsilçisi noyabrın 27-də cari mövsümdə ilk dəfə doğma rayonda ev oyununu keçirəcək.
Fərid Namazovun çalışdırdığı komanda həmin gün I Liqanın VIII turu çərçivəsində "Qaradağ Lökbatan"ı qəbul edəcək.
Bu tarixdə arenada anşlaq gözlənilir. Azarkeşləri bura cəlb etmək məqsədilə konsert proqramının düzənlənməsi də düşünülür.
İmişli stadionu cari mövsümün əvvəlindən təmirə bağlandığı üçün bölgə təmsilçisi ev oyunlarını Tovuz şəhər stadionunda və Saatlı Olimpiya İdman Kompleksində təşkil etməli olub.
SPORTİNFO.AZ