İsrailin endirdiyi zərbələr nəticəsində 2023-cü ilin oktyabrından bəri Livanda ən azı 3516 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb.
“Son 24 saat ərzində Livanda İsrailin bombardmanları nəticəsində 35 dinc sakin həlak olub, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri ölənlərin sayı 3516 nəfərə çatıb”, - məlumatda deyilir.