Bəşər tarixinin ən varlı adamı Mansa Musa kimdir? - İlginc faktlarBu gün dünyanın ən varlı adamlar siyhasında İlon Mask, Ceff Bezos, Bill Qeyts kimi insanlar olsa da, tarixin ən varlı adamının sərvəti isə bu üç milyarderdən qat-qat çox, 500 milyarddan çox olub. Bu, Rokfeller də deyil. Bu şəxsin varidatı Rokfellərdən də çox olub. Bu şəxs Mansa Musadır.
Mansa Musa haqqında ilginc detalları təqdim edirik.
Mansa Musanın var-dövlətininin həcmini eşidənlər buna inana bilmirlər.
Bəşər tarixinin ən zəngini
Bəs sərvəti 500 milyard dollara yaxın olan Mansa Musa kimdir?
Kaliforniya Universitetinin araşdırmasında deyilir: "Musanın sərvəti haqqında əldə etdiyimiz məlumatlar o qədər heyrətamizdir ki, onun nə qədər zəngin və güclü olduğunu tam təsəvvür edə bilmirik".
ABŞ-dəki "Celebrity Net Worth" internet saytı Musanın sərvətinin 2012-ci ildə 400 milyard dollar civarında olduğunu bildirib. Lakin tarixçilər Musanın sərvətini rəqəmlə ifadə etməyin mümkün olmadığı qənaətindədirlər.
Dünyanın ən böyük qızıl ehtiyatına sahib Mansa Musa
Bəşər tarixi boyunca var-dövləti ilə tanınan bir çox şəxsiyyət olub, lakin tarixçilər Qərbi Afrikanın Mali İmperiyasının hökmdarı Mansa Musanı tarixin ən zəngin adamı hesab edirlər.
14-cü əsrdə Mali İmperiyasına rəhbərlik edən Mansa Musanın inanılmaz səviyyədə qızıl ehtiyatlarına nəzarət edərək sərvətinə sərvət qataraq tarixin ən zəngin hökmdarlarından biri olub.
1280-ci ildə doğulan və 1312-ci ildə taxta çıxan Musa Qərbi Afrikanın qızıl yataqlarına sahib olan Mali İmperiyasını sürətlə genişləndirə bilib. Xüsusilə qızıl və duz ticarəti sayəsində Afrika, Yaxın Şərq və Avropaya yayılan bir ticarət şəbəkəsi qurub.
Bu dövrdə dünya qızılının böyük hissəsi Mansa Musanın sərvətinin əsas mənbəyi olan Malidə yerləşirdi.
Günümüzün ekspertləri Musanın sərvətinin müasir standartlarla hesablanmasının çətinliyinə diqqət çəkir və dəyərini dəqiq müəyyən etmək mümkün olmasa da, 400 milyard dollardan çox olduğunu təxmin edirlər.
Tarixə düşən Mansa Musanın Həcc ziyarəti
Mansa Musanın dünya tarixində iz qoymuş hadisələrindən biri də onun 1324-cü ildə Məkkəyə həcc ziyarəti olub. Yüzlərlə dəvə, əsgər və nökərdən ibarət nəhəng bir karvan təşkil edən Musa, yol boyunca şəhərlərə qızıl paylayıb.
Misir Musanın payladığı qızılla iqtisadiyyatını inkişaf etdirib
Xüsusilə Misirə gələndə xalqa külli miqdarda qızıl paylayıb ki, bu da uzun illər ölkə iqtisadiyyatına güclü təsir göstərib.
Bu ziyarət sayəsində Mansa Musa İslam dünyasında olduğu kimi Avropada da tanındı və Qərbi Afrikanın sərvəti bütün dünyaya yayılıb.
Tarixdə Mansa Musadan başqa sərvətləri ilə seçilən başqa adlar da var. 13-cü əsrdə Asiyanın böyük hissəsini idarə edən Monqol İmperatoru Çingiz xan sahib olduğu torpaqlar baxımından çox böyük gücə malik idi. Bununla belə, şəxsi sərvət toplamaqdansa, öz imperiyasının genişlənməsinə diqqət yetirdiyi üçün şəxsi sərvəti daha az nəzərə çarpırdı.
Rokfelleri kölgədə qoyan Musa
19-cu əsrdə neft sənayesində hökmranlıq edən amerikalı iş adamı Con D.Rokfeller müasir tarixin ən zəngin adamlarından biri idi və onun sərvəti bugünkü pulla təxminən 400 milyard dollara yaxın olub. Yenə də tarixin ən zəngin adamı titulu unikal qızıl ehtiyatları və ticarət şəbəkəsi ilə Mansa Musaya aid edilir.//olke.az