AZ

"Ukraynaya yardımı artırmalıyıq" - Britaniya rəsmisi

Ukraynaya yardım ikiqat artırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmer “Sky News” telekanalının efirində məlumat verib.

“Biz Ukraynaya yardım göstərmək üçün mütləq səylərimizi ikiqat artıracağıq və nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”, - o vurğulayıb.

Nazir Rusiya ərazisinin dərinliklərinə raket zərbələri endirmək ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.


Müəllif: Teleqraf.com
Seçilən
57
teleqraf.com

1Mənbələr