AZ

Ərdoğan G20-ni Qəzzada dərhal atəşkəsə çağırıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İyirmilik (G20)ölkələrini Qəzza zolağında dərhal atəşkəsin təmin edilməsi üçünsəylərini artırmağa çağırıb.

Trend xəbər verirki, Ərdoğan bu açıqlamanı G20 sammitində yoxsulluq və aclıqlamübarizəyə həsr olunmuş iclasda verib.

Prezident qeyd edib ki, Qəzza zolağında aclıq riski beynəlxalqstandartlara görə fəlakətli həddə çatıb: "Qəzza əhalisinin 96%-nin,yəni 2 milyondan çox insanın sağlam qida və suya çıxışıyoxdur."

Ərdoğan, həmçinin, Türkiyənin Qəzza zolağına 86 min tondan çox,Livana isə 1300 tondan çox humanitar yardım göndərdiyinibildirib.

O, Qəzza zolağında baş verən humanitar fəlakət qarşısında birdaha dərhal və daimi atəşkəsə çağırıb.

Seçilən
53
2
az.trend.az

3Mənbələr