Rusiya lideri Vladimir Putinlə danışıqlar Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin Moskvaya çatdırılmasını təmin etmək üçün mühüm addım idi və belə də qalır.
APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Rio-de-Janeyroda keçirilən G20 toplantısı çərçivəsində bildirib.
“Biz hərəkətə keçməli və danışmalıyıq. Ona görə də demək istərdim ki, mənim fikrimcə, Rusiya prezidenti ilə indi danışmaq düzgün idi və indi də düzgündür”, - siyasətçi qeyd edib.