AZ

Maskalı şəxslər Kral Çarlzın iqamətgahına basqın etdi

İki maskalı şəxs Britaniya kralı III Çarlzın Vindzor qəsrindəki iqamətgahına girərək anbardan iki avtomobil oğurlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə ötən ay, oktyabrın 13-də baş verib. Lakin polis quldurluğu noyabrın 17-də təsdiqləyib.

Onlar iqamətgahın 2 metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər.

Vindzor qəsri

Nəşrin bildirdiyinə görə, onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.

“Onlar çox güman ki, oğurluqdan əvvəl avtomobillərin harada saxlandığını bilirdilər. Necə və nə vaxt gizlənməyin daha yaxşı olduğunu da bilirdilər. Cinayətkarlar yəqin ki, bir müddətdir ki, Vindzor qəsrini izləyirdilər”, - deyə yazıda bildirib.

Hadisə zamanı Kralın özü Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda kurortda olub.

Bundan başqa, məlum olub ki, basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar.

Hazırda polis oğruları axtarır.

Adelaide kotteci

Seçilən
36
5
qafqazinfo.az

7Mənbələr