AZ

Cənubi Afrika Prezidenti qlobal idarəetmə sistemində islahatlara çağırış edib

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa,Rio-de-Janeyroda keçirilən G20 sammitində qlobal idarəetməsistemində islahatların zəruriliyini vurğulayıb, BMT-nin busistemin nüvəsində qalmasının vacibliyini qeyd edib.

Trend xəbər verirki, Prezident Ramafosa qlobal idarəçilik institutlarınınmüasirləşdirilməsinin və gücləndirilməsinin aktual olduğunubildirib: “Bu institutlar daha inklüziv və təmsilçi olmalı, bütüninsanların ehtiyaclarına və müxtəlif vəziyyətlərə cavab verməyibacarmalıdırlar. BMT çoxtərəfliliyin mərkəzi elementi olaraqqalmalı və daha səmərəli, çevik, fəaliyyət yönümlü olmalıdır.”

Cənubi Afrika lideri xüsusilə BMT və onun TəhlükəsizlikŞurasında islahatların aparılmasını təklif edərək, bu qurumlarınmüasir dövrün tələblərinə cavab verməli olduğunu qeyd edib.

G20 sammitində 42 ölkənin liderləri Braziliyanın dəvəti iləiştirak edir. Sammitdə qlobal problemlərə qarşı çoxtərəfli həllyollarının tapılması əsas müzakirə mövzularından biridir.

Seçilən
34
az.trend.az

1Mənbələr