AZ

Ramos "Real"dan əl çəkmir

İspan müdafiəçi Serxio Ramos "Real"a qayıtmağa çalışır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

38 yaşlı futbolçu klubdakı vaxtının hələ bitmədiyini hiss edir. Buna görə də "Los Blankos"a xidmətlərini təklif etməyə davam edir. Madrid klubu müdafiəçi tapmaqda çətinlik çəkməsinə baxmayaraq, Serxionun 3 illik fasilədən sonra geri qaytarılması variantı nəzərdən keçirilmir.

Qeyd edək ki, Serxio Ramos hazırda azad agentdir. "Qalaktikos"un sabiq kapitanının son klubu "Sevilya" olub.

Milli.Az

Seçilən
45
milli.az

1Mənbələr