AZ

"Monako"nun futbolçusu qarət edilib

Bakı. Trend:

"Monako"nun 18 yaşlı hücumçusu Corc İlenikena FransanınKorbey-Esson şəhərində hücuma məruz qalıb və qarət edilib.

Trend xəbər verirki, bu barədə "Le Parisien" nəşri yerli polisə istinadən məlumatyayıb.

Hadisə futbolçunun şənlikdən çıxarkən baş verib. Gənc oyunçudostu ilə avtomobilinə əyləşərkən silahlı dəstənin hücumuna məruzqalıb. Hücum edənlər futbolçudan bahalı ayaqqabı, "iPhone" və"Volkswagen Golf" avtomobilinin açarlarını alıblar. Avtomobilioğurladıqdan sonra hücumçular onu divara çırparaq yaxınlıqda tərkediblər.

Hadisə zamanı futbolçu ciddi xəsarət almayıb. Polis cinayətitörədən şəxslərin axtarışını davam etdirir.

Seçilən
49
1
az.trend.az

2Mənbələr