AZ

Papa Fransisk G20-ni münaqişə bölgələrində davamlı sülh üçün yeni yollar axtarmağa çağırıb

Bakı. Trend:

“Aclıq və yoxsulluğa qarşı qətiyyətli və təcili hərəkətə keçin.Bu, mümkün qədər tez aradan qaldırılmalı bir bəladır”.

Trend xəbər verirki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa FransiskinRio-de-Janeyro şəhərində keçirilən G20 (Böyük İyirmilik) LiderlərSammitinin iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Roma Papası dünyada davam edən müharibələri pisləyib, G20qrupunu münaqişə bölgələrində davamlı sülh üçün yeni yollaraxtarmağa çağırıb.

“Sələmçilik və xəsisliklə aclığa, ölümə səbəb olan hər kəs qətltörədir. Aclıq cinayətdir, yemək ayrılmaz hüquqdur. Çox vaxt bizideoloji mübahisələrimizi davam etdirərkən, insanlar aclıq vəsusuzluqdan ölürlər. Maliyyə spekulyasiyası, balanssız qidasistemləri, eyni zamanda, ölümlərə, köçkünlərin və aclığınartmasına, ətraf mühitin pisləşməsinə səbəb olur. Dünyaiqtisadiyyatlarına təzyiq göstərən müharibələr, silahlanmayaxərclənən hədsiz miqdarda vəsaitlər səbəbindən bugünkü düzənpozulur. Dünyada 3 milyard insan qida çatışmazlığından, 2 milyardinsan isə artıq çəkidən əziyyət çəkir. Ümid edirəm ki, bu Sammitinmüzakirələri və nəticələri gələcək nəsillər üçün daha yaxşı birdünyanın və firavan gələcəyin tərəqqisinə töhfə verəcək,” - deyəpontifik qeyd edib.

Seçilən
34
az.trend.az

1Mənbələr