Braziliyada keçirilən “İyirmiliklər Qrupu” (G20) sammitində iştirak edən Paraqvay prezidenti Santiaqo Pena döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib...
Poliqon xəbər verir ki, bu barədə yerli “Ultima Hora” portalı yazıb. Nəşrin məlumatına görə, dövlət başçısı ürəyin üstündə yerləşən prekordial nahiyədə diskomfort hiss edib.
Həkimlər Penya üzərində elektrokardioqramma apardıqdan sonra onda patologiya aşkar ediblər. Paraqvay prezidenti Rio-de-Janeyrodakı özəl Samaritano xəstəxanasına aparılıb. O, daha bir gün mütəxəssislərin nəzarətində olacaq.
Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyada keçirilir. Qəbul edilmiş bəyannamədə xüsusilə G20-yə üzv ölkələrin liderləri nüvə silahından azad dünyanın yaradılmasının tərəfdarı olduqlarını bildiriblər.
Sammit iştirakçıları davamlı inkişaf məqsədlərinə əsaslanan qlobal maliyyə arxitekturasının islahatını sürətləndirmək barədə razılığa gəliblər və Ukraynada nizamlanma üçün istənilən konstruktiv təşəbbüsləri dəstəkləyiblər.
Poliqon.info