AZ

BTC ilə tranzit neftin nəqli 4,8% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 32 127,8 min ton neft nəql edilib. Bu isə illik müqayisədə 3% azdır.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 75,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib.

Hesabat dövründə bu kəmər vasitəsilə 24 180,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,9% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5%-i və ya 19 704,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5%-i və ya 4 475,4 min tonunu (4,8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
19
5
fins.az

10Mənbələr