AZ

Kim Çen In: Şimali Koreya ilə Rusiya arasında hərtərəfli əməkdaşlıq təşviq edilməlidir...

Şimali Koreya lideri Kim Çen In bildirib ki, KXDR və Rusiya ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığı hərtərəfli inkişaf etdirməlidir...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafı KXDR və Rusiya Federasiyasının qarşılıqlı rifahına və inkişafına töhfə verməlidir. Şimali Koreya lideri qeyd edib ki, Moskva ilə Pxenyan arasında dostluq münasibətləri yeni strateji səviyyəyə yüksəlib.

KXDR rəhbəri həmçinin qeyd edib ki, Şimali Koreya ilə Rusiya arasında yeni saziş bağlandıqdan sonra müxtəlif sahələrdə həmrəylik və əməkdaşlıq daha sıx, genişlənməyə və dərinləşməyə başlayıb.

Qeyd edək ki, noyabrın 18-də Kim Çen In Pxenyanda Rusiya Təbii Sərvətlər Nazirliyinin rəhbəri Aleksandr Kozlovla görüş keçirib. Görüş Rusiya və Koreya Xalq Demokratik Respublikasının ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyası çərçivəsində baş tutub.

Poliqon.info

Seçilən
20
3
poliqon.info

4Mənbələr