Bakı. Trend:
Bərpa olunan enerji sahəsində dünya lideri olan “ACWA Power”bərpa olunan enerji layihələrinin genişləndirilməsi üçün əsasregionlar kimi Azərbaycan və Mərkəzi Asiyaya diqqət yetirir.
Bu barədə Trend-ə özəl müsahibəsində “ACWA Power” şirkətinin başicraçı direktoru Marko Arçelli bildirib.
O, bu regionların, xüsusən də külək və günəş enerjisinininkişafında əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.
"Azərbaycanda biz artıq 400 000 evi elektrik enerjisi ilə təminedəcək 140 MVt gücündə böyükmiqyaslı qurudakı külək elektrikstansiyası layihəsi üzərində işləyirik. Layihə son maliyyəhesablarının bağlanışına çatıb və tikinti işlərinə başlanılıb. İlkturbin bu həftə quraşdırılacaq", — deyə o qeyd edib.
M.Arçelli, həmçinin, şirkətin ikinci böyük layihəsini, SOCAR və“Masdar” ilə əməkdaşlıq çərçivəsində COP29-da təqdim olunanlayihəni qeyd edib.
"Bu layihənin potensial gücü 3,5 giqavatdır ki, bu daAzərbaycanın bərpa olunan enerjini Avropaya ixrac etmək üçüniddialı planlarına uyğundur", — deyə o əlavə edib.
"Layihə erkən mərhələdədir. Yaxın aylarda külək ölçmələrinəbaşlayacağıq. Birgə komanda enerji istehsalı potensialını vəbununla bağlı xərcləri qiymətləndirəcək. Bundan sonra layihəninrəsmi inkişaf mərhələsinə keçə biləcəyik", — M.Arçelli izahedib.
O, Cənub Qaz Dəhlizi vasitəsilə qazın Avropaya uğurlu nəqlinihəyata keçirən Azərbaycanın, indi özünü bərpa olunan enerjiixracatçısı kimi mövqeləndirmək üçün unikal imkana malik olduğunuvurğulayıb.
M.Arçelli, həmçinin, Mərkəzi Asiyanın bərpa olunan enerjimənbələrinə qlobal keçiddə əhəmiyyətini qeyd edib, “ACWA Power”inregiona böyük investisiyalarını vurğulayıb.
"Şirkət Özbəkistanda günəş, külək enerjisi və enerji saxlamaqurğuları daxil olmaqla bərpa olunan enerji layihələrinə 15 milyardABŞ dolları investisiya edir. “ACWA Power” artıq 200 MVt gücündə“Riverside Solar” layihəsində elektrik enerjisi istehsal edir vəkülək, günəş enerjisi və kombinə edilmiş dövr həlləri sahəsindəyeni imkanları öyrənir. Biz, həmçinin, Özbəkistanda yaşıl hidrogenistehsalı zavodu üzərində işləyirik ki, bu da külək enerjisiniyerli neft-kimya şirkətləri üçün yaşıl hidrogenə çevirəcək", — deyəo bildirib.
"Özbəkistanda biz artıq başqa bir külək fermasından istifadəedəcəyimiz külək enerjisi ilə işləyən "yaşıl" hidrogen istehsalızavodu tikirik. "Yaşıl" hidrogen gübrə və neft-kimya məhsullarıistehsal edən yerli şirkətlərə satılacaq.
Bu layihə yenilikçi olub, bu məhsulların dekarbonizasiyasınayönəlib, bu da onların Avropaya CO2 vergisi olmadan ixracına imkanverəcək. Başqa bir vacib aspekt enerji saxlama qurğularıdır —enerji saxlama olmadan bərpa olunan enerji inkişaf edə bilməz. Bizartıq Özbəkistanda enerji saxlama qurğuları ilə bağlı əhəmiyyətliirəliləyiş əldə etmişik və oxşar həlləri işlədiyimiz digərölkələrdə də tətbiq etməyi planlaşdırırıq", — M.Arçelli izahedib.
Onun sözlərinə görə, “ACWA Power” Qazaxıstanda mövcudluğunugenişləndirir, külək enerjisi gücünü 1 giqavatta çatdırmağıplanlaşdırır və bərpa olunan enerji sahəsində yeni imkanlarıaraşdırır. Şirkətin region üçün strategiyası günəş, külək, enerjisaxlama qurğuları və “yaşıl” hidrogen daxil olmaqla, bərpa olunanenerji həllərinin müxtəlif portfelini əhatə edir.
Marko Arçelli əlavə edib ki, texnoloji yeniliklər “ACWA Power”inyanaşmasının vacib hissəsidir. Şirkət günəş, külək enerjisi vəenerji saxlama layihələrində dərin təcrübəyə malik olaraq, bərpaolunan enerji keçidi texnologiyaları sahəsində dünya lideridir.
“ACWA Power”, həmçinin, “yaşıl” hidrogen istehsalıtəşəbbüslərini irəli sürərək, bərpa olunan enerjini neft-kimya vəneft emalı kimi sahələr üçün universal resursa çevirir. Buinnovativ enerji həllərinə diqqət şirkətin sənayelərindekarbonizasiyası və qlobal karbon emissiyalarının azalması üzrədaha geniş strategiyasının ayrılmaz hissəsidir.