Müəllif: Tamara Mustafayeva, Banco.az
“Boeing” şirkəti 2 mindən çox əməkdaşını ixtisar edəcək.
Banco.az xəbər verir ki, ABŞ-ın qlobal aviasiya şirkəti “Boeing”in işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox işçisini işdən çıxaracağı bildirilir.
Vaşinqton ştatının məşğulluq təhlükəsizliyi departamentinə göndərilən bildirişə əsasən, “Boeing” dekabr ayında 2199 işçisini işdən çıxaracaq.
Xatırladaq ki, “Boeing” fabrik işçilərinin sentyabr ayında tətil etməsindən sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri kəsmək kimi tədbirlər görməyi planlaşdırdığını açıqlamışdı.
Şirkət oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığını elan etmişdi. ABŞ mətbuatında işıqlandırılan xəbərlərdə sözügedən ixtisarların 17 min “Boeing” işçisinə təsir göstərəcəyi qeyd olunmuşdu.