AZ

Rusiyada nüvə savaşına hazırlıq?.. Mobil sığınacaqların kütləvi istehsalına başlandı...

Rusiya insanları müxtəlif təhlükələrdən, o cümlədən nüvə partlayışının işıq şüalanmasından və ərazinin radioaktiv çirklənməsindən qorumaq üçün istifadə oluna bilən “KUB-M” mobil modul sığınacaqlarının seriyalı istehsalına başlayıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu haqda  “RİA Novosti” məlumat yayıb.
 
“Rusiya Federasiyasında “KUB-M” innovativ modul qoruyucu konstruksiyasının seriyalı istehsalına başlanılıb, istehsal prosesi Nijni Novqorod vilayətində yerləşən Dzerjinsk şəhərində baş tutub. 
 
Nüvə partlayışından mobil sığınacaqların seriyalı istehsalına başlanması ilə bağlı xəbər noyabrın 18-də Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar Elmi-Tədqiqat İnstitutunun saytında dərc olunub. Məlumatda həmin qurğunun aşağıdakı təsvirini təqdim edir:
“Səyyar sığınacaq insanların müxtəlif təhlükələrdən, o cümlədən təbii fəlakətlərdən və texnogen hadisələrdən qorunmasını təmin edən çoxfunksiyalı qurğudur.
 
Lazım gələrsə, qoruyucu strukturun tutumu əlavə modulların köməyi ilə artırıla bilər". Həmçinin qeyd olunur ki, "kütləvi istehsala dövlət səviyyəsində dəstək verilir".
 
S.Laçın
Seçilən
29
1
moderator.az

2Mənbələr