Gürcüstanda keçirilən son parlament seçkiləri ətrafında siyasi gərginlik davam etməkdədir...
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Prezident Salome Zurabişvili Orbeliyani sarayında “Dəyişiklik Koalisiyası”nın liderləri Nika Qvaramiya və Elene Xoştariya ilə görüşüb. Hansı ki, bundan əvvəl Salome Zurabişvili “Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze ilə də görüşüb. Mamuka Xazaradzenin mətbuata verdiyi məlumata görə, onlar prezidentlə “Xalq Parlamenti” yaratmaq ideyasını müzakirə ediblər. Onun sözlərinə görə, küçədə etiraz etməkdən əlavə elə bir məkan yaradılmalıdır ki, cəmiyyət bir çox məsələlərin birlikdə həll oluna biləcəyini görsün. Xazaradzeeyib ki, etiraz aksiyası müxtəlif formalarda da daxil olmaqla davam etməlidir.
Müxalifət isə dünəndən çadırlarda aksiyaya start verib.
A.Məmmədli