İsveçin baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqasının C1 qrupunun sonuncu turunda Solnada Azərbaycana qarşı oynayacaqları görüş haqda danışıb.
Sportinfo.az “TV4 Nyheterna” danimarkalı mütəxəssis İsveç yığmasının millimizlə matçdan gözləntilərini bölüşüb:
"Bir neçə futbolçumuz var ki, problem yaşayır. Bu axşam və sabah həkimlərlə danışacam, sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm.
Problemlər nələrdir? Şənbə günü Slovakiya ilə matçda (2:1) futbolçularım hər şeyi etdilər.
Meydanda hər şeyi verəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün hər şeyi edirlər.
Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. C divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq niyyətimiz var”.
İsveç vaxtından əvvəl qrupda birinci yeri tutub. Komandalar arasında görüş “Friends Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.