AZ

Aİ Gürcüstan hakimiyyətinə maliyyə yardımını ləğv edib

Borrell bildirib ki, Aİ Gürcüstan hakimiyyətinə maliyyə yardımının verilməsini ləğv edəcək və vəsaitlər vətəndaş cəmiyyətlərinə yönəldiləcək...

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ Gürcüstan hakimiyyətinə maliyyə yardımının göstərilməsini ləğv edir.

Poliqon xəbər verir ki, Borrel bunu 18 noyabr bazar ertəsi axşam Aİ Xarici Əlaqələr Şurasının iclası başa çatdıqdan sonra deyib.

“Biz Avropa Sülh Fondu vasitəsilə hökumətə 120 milyon avroluq yardımı da dayandırdıq”, deyə Aİ rəsmisi bildirib.

Borrell əlavə edib ki, vəsait vətəndaş cəmiyyətlərininə və birbaşa əhaliyə dəstək proqramları üçün istifadə olunacaq.

Aİ diplomatiyasının rəhbəri həmçinin bildirib ki, Avropa İttifaqının siyasi missiyası oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı baş vermiş hadisələri ətraflı öyrənmək imkanı əldə etmək üçün Gürcüstana səfər edəcək.

“Mən keçən il bu ölkəyə səfər edərkən dediyimi gürcü xalqına təkrarlamaq istərdim ki, Avropa İttifaqının qapısı Gürcüstan üçün açıqdır”, deyə Borrell qeyd edib.

Eyni zamanda Borrel rəsmi Tbilisinin indiki siyasətini tənqid edib.

“İndiki Gürcüstan hökumətinin Aİ-nin əsas prinsipləri ilə bağlı tutduğu kurs Gürcüstanı Avropa İttifaqından çıxarır”, deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr