Birləşmiş Ştatlar Cənubi Koreyanı Ukraynanın uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirməsinə icazə verməsi barədə xəbərdar edib...
Poliqon xəbər verir ki, bu barədə “Korea Times” nəşri Cənubi Koreya prezidenti Yun Sok Yolun ofisinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, Amerika hakimiyyəti əvvəllər Cənubi Koreyanı Kiyevin Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silah zərbələri endirməsinə icazə verməsi barədə məlumat verib.
“Cənubi Koreya Birləşmiş Ştatlardan Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə vermək qərarına dair əvvəlcədən xəbərdar edib”, deyə Cənubi Koreya prezidentinin ofisi bildirib.
Eyni zamanda qeyd edilir ki, ABŞilə Seulun Ukraynaya silah tədarükünün mümkünlüyü müzakirə olunmayıb. Bu qərar Seula səfər edəcək Ukrayna nümayəndəsi ilə danışıqlardan sonra veriləcək.
Poliqon.info