AZ

Keçmiş arvadını mikroavtobusda bıçaqlayan şəxslə bağlı QƏRAR

 

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən C.Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 30 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində qeydə alınıb.

 

Belə ki, C.Cəfərov dayanıqlı vəziyyətdə olan "Mersedes Sprinter" markalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı, zərərçəkmiş N.N.-in (ad, soyadı şərti) yanında əyləşib. Sonra o, qadının naməlum avtomobildən düşməsini bəhanə edib, bıçaqla zərərçəkmişə qəsdən zərbələr endirərək ona yüngül bədən xəsarəti yetirib.

 

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə C.Cəfərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

 

Kamal Məmmədov

Tarix: 19 Noyabr 2024, 09:07   
Seçilən
23
pravda.az

1Mənbələr