Amerikalı milyarder İlon Mask “Açıq Cəmiyyət” Fondunun rəhbəri, maliyyəçi Corc Sorosun yeni pandemiya zamanı amerikalılar üçün təhlükə barədə xəbərdarlığını ələ salıb...
Poliqon xəbər verir ki, İlon Mask bu barədə X sosial şəbəkəsində fikirlərini bildirib.
Sorosun fikrincə, yeni pandemiya baş verərsə, amerikalılar səhiyyə naziri vəzifəsinə namizəd Robert Kennedinin apardığı siyasət ucbatından son dərəcə çətin vəziyyətə düşəcəklər.
Mask isə cavabında demokratların ABŞ seçkilərindəki uğursuzluğunun səbəbini dilə gətirib
“Yalançı pandemiyalar”, deyə milyarder Sorosun xəbərdarlığına reaksiya verib.
Xatırladaq ki, noyabrın 13-də məlum olub ki, İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında hökumətin səmərəliliyinə nail olmaq departamentinə rəhbərlik edəcək. Təyinatı şərh edən milyarder amerikalıların ən çılğın vergi xərclərinin reytinqini yaradıb dərc edəcəyinə söz verib.
Poliqon.info