AZ

Tarixdə bu gün – 19 Noyabr

Bakı,TurkicWorld

1816 Varşava Universiteti quruldu.

1881 Ukraynanın Odessanın cənub-qərbində yerləşən Qrossliebental kəndinə meteorit düşüb.

1900 İngiltərədə seçki və seçilmək hüququ tələb edən 119 qadın İcmalar Palatasına soxulduqdan sonra həbs ediliblər

1926 Trotski və Zinovyev Sovet İttifaqının Siyasi Bürosundan xaric edildi.

1938 Atatürkün cənazəsi hüznlü mərasimlə İstanbuldan Ankaraya aparılıb.

1941 İngiltərə Şimali Afrikada almanlara və italyanlara qarşı hücuma keçdi.

1942 Qida, geyim və yanacaq üçün “Müharibə İqtisadiyyatı Bürosu” yaradıldı.

1943 III. Tarix qurultayı toplandı.

1946 Əfqanıstan, İslandiya və İsveç Birləşmiş Millətlər Təşkilatına üzv oldular.

1949 İstanbul radiosu normal yayıma başlayıb.

1960 Türkiyədə amnistiya elan olundu. Əfvdən 15 min məhbus və məhkum faydalanıb.

1967 Türkiyə Böyük Millət Məclisi hökumətə ölkədən əsgər göndərmək səlahiyyəti verib.

1977 Misir prezidenti Ənvər Sədat İsrailə səfər edən ilk ərəb lideri oldu.

1977 Portuqaliya Hava Yollarına məxsus Boeing 727 təyyarəsi Madeyra adalarında qəzaya uğrayıb: 130 nəfər ölüb.

1978 Cim Consun rəhbərlik etdiyi Xalqlar Məbədi adlı kultun üzvləri kütləvi intihar ediblər. Qayananın Constaun şəhərində 276-sı uşaq olmaqla 914 nəfərin meyiti tapılıb.

1979 Keçmiş millət vəkili, “Ortadoğu” qəzetinin yazarı İlhan Darendelioğlu İstanbulda silahlı hücumda ölüb.

1984 BMT zabiti Ənvər Ergün Vyanada ermənilərin hücumu nəticəsində öldürülüb.

1985 ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının prezidenti Mixail Qorbaçov ilk dəfə Cenevrədə görüşdülər.

1988 Benazir Bhutto Pakistanın baş naziri seçilib.

Seçilən
29
turkic.world

1Mənbələr