AZ

Bolton: Qabbardın ABŞ kəşfiyyatının rəhbəri təyin olunması Rusiya və Çinə rahatlıq gətirəcək...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton deyib ki, Tulsi Qabbardın ABŞ kəşfiyyatının rəhbəri vəzifəsinə təyin edilməsi ölkənin düşmənlərinə, o cümlədən Rusiya və Çinə “böyük rahatlıq” gətirəcək...

Poliqon xəbər verir ki, Trampın sabiq müşaviri bu barədə CNN telekanalına danışıb.

Bolton iddia edib ki, Qabbard Birləşmiş Ştatların kəşfiyyat xidmətinin rəhbəri postu vəzifəsinin öhdəsindən gəlməyəcək.

“Onun lazımi bacarıqları yoxdur və onun bu kritik vəzifəyə hansısa şəkildə rəhbərlik edəcəyi fikri Moskva və Pekindəki düşmənlərimiz üçün böyük bir rahatlama olmalıdır”, deyə Bolton vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milli kəşfiyyat direktoru vəzifəsinə keçmiş konqresmen Tulsi Qabbardın namizədliyini irəli sürüb.

Poliqon.info

Seçilən
114
1
poliqon.info

2Mənbələr