1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Livan və "Hizbullah" təşkilatı ABŞ-nin İsraillə atəşkəs barədə təklif etdiyi saziş layihəsini bəyənib və məzmunu ilə bağlı bəzi şərhlər verib.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını göndərib. Məmur qeyd edib ki, indi hər şey İsraildən asılıdır.
"Layihə ilə bağlı təqdim olunan şərhlər müsbət xarakterlidir", - deyə Ə.H.Xəlil vurğulayıb.
Başqa təfərrüat açıqlanmır.