Erlinq Haland yaxın gələcəkdə “Mançester Siti” ilə yeni müqavilə imzalaya bilər.
Sportinfo.az “Daily Star”-a istinadən xəbər verir ki, norveçli bombardir İngiltərə Premyer Liqasının ən yüksək maaş alan futbolçusuna çevrilə bilər.
24 yaşlı forvardın “şəhərlilər”lə yeni müqaviləsinin 2028/2029 mövsümünün sonuna qədər qüvvədə ola biləcəyi ehtimal olunur.
Hazırda onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Haland cari mövsümdə “Mançester Siti”də bütün yarışlarda 16 oyunda 15 qol vurub.