AZ

"Baku Harmoniya" iqlimə dayanıqlı kəndlərin yaradılmasına kömək edəcək - Muxtar Babayev

Bakı. Trend:

"Baku Harmoniya" iqlimə dayanıqlı kəndlərin yaradılmasına vəfermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün alətlər təqdimetməyə kömək edəcək.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev COP29 çərçivəsində keçirilən "Fermerlər üçün BakuHarmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşıdayanıqlığın artırılması üçün fermerlərin imkanlarınıngenişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Biz fermerlərin, xüsusilə qadınlar və gənclərin mövqeyinigücləndirməyə çalışırıq. Onlar kənd icmalarının mərkəzində yeralır. "Baku Harmoniya" iqlimə dayanıqlı kəndlərin yaradılmasına vəfermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması üçün lazımialətlərin təmin edilməsinə dəstək olacaq.

Bu təşəbbüsün təqdimat anı təsadüfi seçilməyib. Kənd təsərrüfatıhəm iqlim dəyişikliklərinə töhfə verir, həm də həll yolları təqdimedir. Tullantılar və kənd təsərrüfatından yaranan metanemissiyaları artır və iqlim dəyişikliyinin təsirini ilk hissedənlər fermerlərdir. Biz birlikdə hərəkət etməliyik ki,fermerlərimizi qoruyaq və hamı üçün ərzaq təhlükəsizliyini təminedək", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr