19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələri Moldova ilə qarşılaşacaq.
Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) məğlub olub.