Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə vəfat edib.
Redaktor.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, onun 64 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, A.Məmmədzadə uzun illərdir Milli Məclisdə çalışırdı. O, parlament Aparatında müxtəlif vəzifələrdə işləyib.
Allah rəhmət eləsin!