AZ

Aİ missiyası Azərbaycan sərhədində qalmaq istəyir

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının səfiri Vasilis Maraqos bildirib. 

Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur. 

Səfir rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib: "Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur". 

Ağarza Elçinoğlu 

Seçilən
8
5
unikal.az

6Mənbələr