Yazını böyüt
Yazını kiçilt
“Gürcüstanın Avropa İttifaqına üzv olması prosesi dayandırıla bilməz”.
Hafta.az-ın yazdığına görə, bunu Avropa parlamentinin üzvü Danilo Della Valle bildirib. Onun söylədiyinə görə, Gürcüstanla dialoq davam etdirilməlidir, lakin başqa ölkələrin daxili işlərinə qarışmaq halları olmamalıdır.
“Biz Gürcüstanla, Avropa İttifaqına üzv olmaq istəyən Gürcüstan əhalisi ilə dialoqu davam etdirməliyik. Təbii ki, Rusiyanın müdaxiləsi ilə mübarizə aparmalıyıq, lakin Avropa Parlamentindəki bəzi həmkarın istədiyi kimi, biz özümüz başqa ölkələrin daxili işlərinə qarışmamalıyıq”, – deyə Avropalı parlamentari qeyd edib.